X Tutup
Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 212.387 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Varşava üsyanı (1944) — Krayova Ordusunun (KO) komandanlığı və mühacir Polşa hökumətinin təşkilatçılığı ilə 1944-cü il avqustun 1-dən oktyabrın 2-dək davam edən Varşavada Üçüncü Reyxə qarşı qaldırılmış üsyan. Həmin vaxt şəhərdə fəaliyyət göstərən bütün gizli təşkilatlar üsyanda iştirak etmişdilər. KO ilə yanaşı, üsyanda aktiv iştirak edənlər arasında Milli silahlı qüvvələrin bölmələri və sol qüvvələr tərəfindən yaradılan Lyudov Ordusunun, Polşa Lyudov Ordusu və Təhlükəsizlik Korpusunun hissələri var idi. Lyudov Ordusunun bir hissəsi kimi Yəhudi Mübarizə Təşkilatının dəstəsi də üsyana qoşulmuşdu. Varşava üsyanı hərbi cəhətdən almanlara qarşı yönəldilmişdisə, siyasi olaraq SSRİ-yə qarşı idi.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
815-ci il Konstantinopol Kilsə MəclisiBizans imperatorı V Levin təşəbbüsü ilə Konstantinopolda keçirilmiş lokal kilsə məclisi. Bu, Bizansda ikonoborçuluğun ikinci dövrünü başlatmışdır. 787-ci ildə İkinci Nikeya Kilsə Məclisinin ikonoborçuluğu rədd etməyinə baxmayaraq, VIII əsrdə bu cərəyana yenidən müraciət olunmuşdur. Bu hadisə ikonoborçu imperatorların varislərindən daha uğurlu olduqları təsəvvürü ilə əlaqələndirilir. İdeoloji baxımdan bu kilsə məclisi rədd edilmiş bidətə yeni heç nə təklif etməmişdir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Kventin Tarantinonun filmoqrafiyasıABŞ kinorejissoru, prodüseri, ssenaristiaktyoru. O, 2015-ci ilin göstəricilərinə əsasən, 11 film çəkmiş və onların hər birinin ssenari müəllifi olmuşdur. Karyerasına 1980-ci illərin sonlarında başlayan o, ağ-qara filmi olan "Ən yaxşı dostumun doğum günü" filmində həm rejissor, həm ssenari müəllifi, həm də aktyor kimi iştirak etmişdir. Həvəskar şəkildə çəkilmiş müstəqil qısametrajlı bədii film olan bu film rəsmi olaraq heç vaxt təqdim edilməmişdir.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli
X Tutup